İraqın ruhani şiə lideri Möqtəda
Əl-Sədr İraq parlamentini ABŞ əldə olunan təhlükəsizlik sazişini rədd etməyə
çağırıb. Bağdad
küçələrində Sədrin 10 minlərlə tərəfdarı razılaşma əleyhinə etiraz aksiyası
keçirirlər. ABŞ əleyhinə süarlar səsləndirən və İraq bayraqları dalğalandıran
nümayişçilər Sədr şəhər məhəlləsindən mərkəzi Mustansiriya meydanına kimi yürüş
ediblər. Sədrin yardımçısı ruhani liderin adından bəyanatı oxuyub. Bəyanatda
İraq qanunvericiləri təhlükəsizlik razılaşmanın əleyhinə səs verməyə çağırılır.
Onun sözlərinə görə, saziş ABŞ İraqdakı hərbi mövcudluğuna son qoymayacaq və
İraq xalqına suverenlik gətirməyəcək. Kütləvi aksiyalar ABŞ və İraq
liderlərinin təhlükəsizlik razılaşmasına siyasi dəstək almağa çalışdığı vaxt
keçirilir.