Accessibility links

İran BMT-nin Təhlükəsizlik Şurasında  yer qazana bilməməsini Qərbin dözümsüzlüyü ilə izah edir


İran BMT-nin Təhlükəsizlik Şurasında müstəqil yer qazana bilməməsinin arxasında qərbin dözümsüzlüyünün durduğunu bildirir. İranın BMT-dəki nümayəndəsi Məhəmməd Xazai dövlət mətbuatına bildirib ki, Təhlükəsizlik Şurası yalnız bir neçə ölkəyə qərar qəbul etmək və ya fikir söyləmək icazəsi verir. Bu ölkələr isə müstəqil ideyaların əleyhinə olan ölkələrdir-deyə o bildirib. Qeyd edək ki, İranı Yaponiya məğlub edib. Asiyaya ayrılan bu yer uğrunda səsvermə 158 lehinə 32 əleyhinə səslə başa çatıb. İranın namizədliyi BMT-nin Təhlükəsizlik Şurasının 3 sanksiyasına görə mübahisəli idi.

XS
SM
MD
LG