Accessibility links

Həmədan Universitetinin azərbaycanlı tələbələri etiraz aksiyası keçirib


Irandakı mənbələrin yaydığı məlumata görə, Həmədanın “Əbu Əli Sina” Universitetinin azərbaycanlı tələbələri həbsdə olan azərbaycanlı fəallar və öyrəncilərin azad edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.

“Öyrenci”, “Xeber Net” və başqa mənbələrin bildirdiyinə görə, əllərində “ Ana dilində təhsil!”, “ Məhbus tələbələrə azadlıq!”, “Nə zamanadək İnsan haqlarının pozulması davam edəcək!” kimi şuarların yazıldığı plakatlar daşıyan yüzlərlə aksiya iştirakçısı, 70 gündən bəri həbsdə saxlanılan 8 azərbaycanlı tələbə və başqa fəalların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edən bəyanatla çıxış ediblər.

Aksiyanın sonunda oxunan bəyanatda “azərbaycanlı fəalların həbs edilməsi İrandakı Azərbaycan türklərinin ən adi vətəndaş haqları və əsas insan hüquqlarının pozulması siyasətinin davamına xidmət edir” deyə bildirilib. Yayılan məlumatlara görə, Həmadanlı tələbələrin aksiyası 1 saat davam edib və təhlükəsizlik qüvvələrinin təzyiqləri nəticəsində sona çatdırılıb.

Hər-hansı aksiya iştirakçısının xəsarət alması və ya həbs olunması barədə xəbər verilməyib. İnsan haqları müdafiəçilərinin dediyinə görə, hal-hazırda onlarla azərbaycanlı fəal İran həbsxanalarında saxlanılır.

XS
SM
MD
LG