Accessibility links

Bağdadın şiə məhəlləsində avtobus partladılıb


İraq rəsmilərinin xəbərində bildirilir ki, Bağdadın şiə məhəlləsi Maştalda bombanın partlaması avtobusda gedən iki nəfərin ölümünə, 7 nəfərin yaralanmasına səbəb olmuşdur. Avtobusun işçiləri iş yerlərinə apararkən partladıldığı deyilir. Qeyd edək ki, Bağdadda təhlükəsizlik tədbirləri gücləndirildiyi son bir neçə ay ərzində zorakılıqlar xeyli azalıb. Lakin buna baxmayaraq yaraqlılar hələ də belə hücumlar həyata keçirməkdə davam edirlər.

Birləşmiş Ştatların yüksək səviyyəli hərbi komandiri, general-mayor Maykl Ots gələn ilin əvvəli İraqda keçiriləcək regonal seçkilər ərəfəsində zorakılıqların artacağını güman etdiyini bildirib.

XS
SM
MD
LG