Accessibility links

M.Çanqiray Cənubi Afrika sammitini boykot edir


Zimbabvenin ana müxalifət lideri Morqan Çanqiray ölkədə siyasi böhranı həll etmək üçün keçirilən Cənubi Afrika liderləri sammitini boykot edir. Müxalif Demokratik Dəyişiklik Hərəkatının rəsmiləri deyir ki, Çanqiray sammitdə iştirak məqsədilə Svazilendə getmək üçün sənədlərinin hazırlanmasının gecikdirilməsinə etiraz edir. Partiyanın bildirdiyinə görə, hakim Zanu-PF partiyası Demokratik Dəyişiklik Hərəkatı ilə hakimiyyəti bölüşdürməyə maraqlı deyil. Sammit bu gün Zimbabve dövlət başçısı Robert Muqabe ilə yanaşı, Svazilend, Cənubi Afrika, Mozambik və Konqo Demokratik Respublikasının prezidentlərinin iştirakı ilə öz işinə başlayıb. Habelə toplantıya qatılan Zimbabvenin kiçik müxalifət fraksiyasının lideri Artur Mutambara sammitdə cənab Çanqiray olmadan hər hansı razılaşmanın əldə edilməsinə mane olacağını bildirib.

XS
SM
MD
LG