Accessibility links

Hindistan və Pakistan ticarət martşrutunu bərpa edib


Hindistan və Pakistan son 60 ildə ilk dəfə olaraq mübahisəli Kəşmir regionunda ticarət martşrutunu bərpa edib. Meyvə, bal və digər məhsullar daşıyan 13 yük maşını Pakistanın nəzarəti altında olan Kəşmirdə böyük sevinclə qarşılanıb. Digər 14 maşın Hindistan tərəfinə az sonra keçməlidir. Ticarət mübadiləsi tərəflər üçün həftədə 4 maşın məhsul daşınması ilə həyata keçiriləcək. Ticarət haqqında razılıq ötən ay əldə edilib. Ticari əlaqələr 1947-ci ildən Cənubi Asiyanın bu iki ölkəsi arasındakı iki müharibədən sonra kəsilmişdı.

XS
SM
MD
LG