Accessibility links

Çin terror hücumları məsullarının axtarışını elan edib


Çin Pekin Olimpiya Oyunlarına mane olunamsı məqsədi ilə həyata keçirilən terror hücumlarının məsullarının axtarışını elan edib. Həmin 8 nəfər Çinin Tsinxuan regionunda separatizm fəlaiyyətlərinə görə də günahlandırılır.

Çinin İctimai Təhlükəsizlik Bürosu “Qərbi Türküstan İslam Hərəkatı”- nın üzvü olduğu deyilən 8 nəfərin axtarışını bu gün elan edib. BMT tərəfindən həmin şəxslər ƏL-Qaidə ilə əlaqədə günahlandırılır. Çinin İctimai Təhlükəsizlik Bürosu bildirib ki, hamısı çinli olan bu insanlar Pekin Olimpiya Oyunları zamanı zorakı aksiyalar həyata keçirmiş və Tsinxuan vilayətində separatizm hərəkatını gücləndirmişlər. Hücumların detalları açılqnamır. Çinin bildirdiyinə bu hücumalrın məsulları axtarılır, lakin onalrın hansı bölgələrdə axtarışda olduqları barədə məlumat verilmir. Lakin Çinin ictimai Təhlükəsizlik Bürosu onların ələ keçirilməsində beynəxlaq əməkdaşlığa çağırıb.

Bu ilin əvvələrində Çinin Tsinxuan vilayətində bir sıra terrorist qruplaşmaları aşkar edilmişdi. Bomba hücumalrı planlaşdırmaqda və girov götürmələrdə günahlandırılan 80 şübhəli nəzarət altına alınmışdı.

Çin ABŞ-ın Kubanın Guantaamo məhbəsində saxladığını17 uyğur müsəlmanın təhvil verilməsini tələb edir. Amerika hökuməti tərəfindən düşmən döyüşçü olmadığı deyilən həmin 17 nəfəri Amerika geri verməkdən imtina edir.

XS
SM
MD
LG