Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etməyi təklif edib. Cənab Medvedev açıqlamanı bu gün Ermənistan paytaxtı Yerevanda verib. Onun bu çağırışı ABŞ-ın münaqişəyə son qoyulması ilə bağlı çağırışından bir həftə sonraya təsadüf edir. Cənab Medvedev bildirib ki, Rusiya-Gürcüstan münaqişəsi göstərir ki, ərazi mübahisələri danışıqlar yolu ilə həll edilməlidir.