Accessibility links

ABŞ Avropa Birliyinin Kosovodakı missiyasına qoşulur


Birləşmiş Ştatlar Avropa Birliyinin Kosovodakı missiyasına qoşulmaq haqda razılıq imzalayıb.

ABŞ Dövlət katibinin yardımçısı Daniyel Frid bu gün bildirib ki, Birləşmiş Ştatlar Avropa Birliyinin fevral ayında Kosovoda yaradılmış missiyasına yardım etmək üçün 80 nəfərlik personal ayıracaq. Onun sözlərinə görə, polis zabitləri, hakimlər və prokurorlardan ibarət heyət polis qüvvələrinə təlim verəcək və Kosovonun ədliyyə sisteminin işini müşahidə edəcək.

Daniyel Frid razılığın ABŞ və Avropa Birliyi arasında əməkdaşlığın yaxşılaşmasına işarə olduğunu bidirib.

Bu ilk dəfədir ki, Amerika Avropa Birliyinin missiyasında iştirak edir.

XS
SM
MD
LG