Accessibility links

ABŞ qlobal iqtisadi böhrana dair sammitə ev sahibliyi edəcək


Noyabr ayının 15-də 20 ölkənin liderlərinin iştirakı ilə paytaxt Vaşinqtonda qlobal iqtisadi böhran məsələsi müzakirə ediləcək. Böyük İyirmiliyin görüşündə sənaye baxımından inkişaf etmiş ölkələr, Çin, Hindistan və Braziliya kimi nəhəng marketlərə malik olan dövlətlər iştirak edəcək.

Ağ Evin bildirdiyinə görə, görüş zamanı daha bir iqtisadi tənəzzülə yol verilməməsi yolları müzakirə ediləcək.

Böyük Britaniyanın baş naziri Gordon Braun qlobal tənəzzülün Britaniya və digər ölkələrdə iqtisadi yavaşımaya səbəb olduğunu deyib.

Asiya marketlərində qiymətlərin düşməsi isnvestorların zəif korporasiya gəlirlərinin qlobal iqtisadi tənəzzülə yol açacağına dair qorxularını dərinləşdirib. Tokionun Nikkey İndeksi 3 faiz dəyər itirib Avropa bazarlarında göstəricilər aşağı olub. Cənubi Koreyanın Kospi indeksi 5 faiz düşüb.

Bu ilin başlanğıcından Cənubi Koreya valyutası 31 faiz dəyər itirib. Asiyada tənəzzül Amerika Birləşmiş Ştatlarındakı kəskin enmədən sonra müşahidə edilir.

Lakin buna baxmayaraq Ağ Ev prezident Buşun daha bir xilas paketi təqdim edəcəyinin gözlənilmədiyini bildirib. Ağ Evin sözçüsü Dana Perino deyib ki, prezident bütün ideyaları dinləməyə hazırdır, lakin Ağ Ev iqtisadiyyatın dirçəldilməsi məqsədi ilə yeni bir plan açıqlamayacaq.

Cari ilin əvvələrində ABŞ hökuməti vergi ödəyənləri on milyonlarla dollar məbləğində çeklərlə təmin etmişdi.

Fransanın Strasburq şəhərində prezident Nikola Sarkozi Hindistan və Çinin iqtisadi nəhənglərini qlobal maliyyə sistemindəki böhranın həlli məqsədi ilə dünya səviyyəsində sammit keçirilməsinə çağırıb. Sarkozi Avropa qanunvericilərinə bu həftə Pekində təşkil ediləcək Asiya-Avropa görüşü zamanı bu təklifi irəli sürəcəyini bildirib.

XS
SM
MD
LG