Gürcüstan Rusiyanın Cənubi Osetiyaya əlavə olaraq 2 000 əsgərdən ibarət qoşun yerləşdirdiyini bildirir. Gürcüstanın Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili münaqişə bölgəsində son inkişaflardan narahatlığını bildirib. O deyib ki, indi Cənubi Osetiyada ümumilikdə 7 min Rusiya əsgəri var. Rusiya quvvələri Gürcüstan ərazilərinə avqust ayında, Gürcüstanın münaqişə bölgələrindəki rus sülhməramlı qüvvələrini oradan çıxarmaq istədiyi zaman daxil olublar. Moskva Gürcüstandan ayrılaraq müstəqilliklərini elan etmiş Cənubi Osetiya və Abxaziya bölgələrini rəsmən dövlət kimi tanıyır.