Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso qlobal iqtisadi böhranın həllində Çinin yaxından əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib. Asiya və Avropanın 40 ölkəsinin liderləri sabah iki günlük sammit təşkil edilən Pekinədə görüşür. Görüş zamanı dünyanın iqtisadi böhranı məsələsi müzakirə ediləcək. İqlim dəyişikliyi və davamlı inkiaf məsələləri də müzakirə mövzusu olacaq.
Xose Manuel Barroso bildirib ki, Asiyanın beynəlxalq maliyyə islahatları prosesinə qoşulmasına ehtiyacı var. Avropa Komissiyasının prezidenti deyib ki, maliyyə böhranı qlobal iqtisadi tənəzzülün yeganə səbəbi deyil. "Problemlər bəzi ölkələrin valyuta siyasətlərindən də qaynaqlanır" -deyə o bildirib. Çin hazırda 3 trillion dollar məbləğində xarici valyutanı saxlamaqla, öz valyutasının dəyərini qaldırmağa çalışır.