Accessibility links

İraqdakı koalisiya qüvvələri reydlər keçirir


Amerikanın İraqdakı hərbçiləri bildirirlər ki, koalisiya qüvvələri ölkənin mərkəzində iki gün davam edən reydlər zamanı 8 şübhəlini ələ keçirib. Bildirilir ki, onların 3-ü Fallucə şəhərinin ətrafında Əl-Qaidənin maşınlarla bomba hücumları həyata keçirən şəbəkəsinin üzvü, biri isə İraqın digər bölgəlrində maşın hücumları həyata keçirən yaraqlılarla əlaqəsi olduğundan şübhələnilən şəxslərdir. Ordu bəyanatında qeyd edilib ki, koalisiya qüvvələrinin digər bölgələrdə həyata keçirdikləri reydlər zamanaı daha 3 yaraqlı həbs edilib.

XS
SM
MD
LG