Türkiyənin Ali Məhkəmə orqanı İslam köklü
hakim partiyanı dindən siyasi məqsədlərlə istifadədə günahlandırsa da, eyni
zamanda partiyanın zorakılıqları təbliğ etdiyinə dair heç bir dəlil aşkan etmədiyini
bildirib.
Konstitusiya Məhkəməsi bu gün yaydığı
bəyanatda iyul ayında hakim Ədalət və İnkişaf Partiyasına qarşı onun olkənin
dünyəviliyinə xələl gətirməsinə dair irəli sürdüyü ittihamlara aydınlıq
gətirib.
Məhkəmə bəyan edib ki, baş nazir Rəcəb Tayib
Ərdoğan və digər partiya üzvləri bəzi dünyəvi normaları pozublar. Məhkəmə
universitetlərdə islamçı tələbələrin hicab geyməsinə qoyulmuş qadağalara qarşı
hökumətin apardığı kompaniyanı əsas gətirir.
Bəyanatda o da vurğulanır ki, hakim partiya
ölkədə demokratiya azadlığı və insan haqlarınıın inkişafı sahəsində yenicə islahatlara
başlayıb.