Accessibility links

Sergey Lavrov  ABŞ-ın  sanksiyalarını  beynəlxalq qanunlara zidd adlandırıb


Moskva Rusiyanın dövlət silah ixracatçısı Rosoboronekpert şirkətinə qarşı ABŞ-ın sanksiyalarını beynəlxalq qanunlara zidd adlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İranla texnologiyanı bölüşən bu şirkətə qarşı sanksiyalar Moskvanı ABŞ-ın müqeyini tutmağa vadar edə bilməyəcək. Lavrov Rusiyanın İranla əməkdaşlığının beynəlxalq qanunlar çərcivəsində aparıldığını və Amerikanın bu addımının qarşılıqlı münasibətlərə ziyan vuracağını bildirib. Amerika Birləşmiş Ştatları İran, Suriya və Şimali Koreyanı kütləvi qırğın silahlarının istehsalı üçün texnologiya ilə təmin edən 13 şirkətə qarşı sanksiyaların tətbiqini dünən elan edib.


XS
SM
MD
LG