Azərbaycan
prezidenti İlham Əliyev bu gündən rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
İki gün əvvəl Konstitusiya məhkəməsi cənab Əliyevin seçkilərdə qələbəsini elan
etdiyi dəqiqələrdə, Azərbaycan rəhbəri ilə Rusiya prezidenti Dmitri Medvedev
arasında telefon söhbəti olub. Xəbər verilir ki, bu danışıq zamanı bir neçə
həftədən sonra Moskvada Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli görüşün
keçirilməsi müzakirə edilib. Belə görüş təklifi ilə, Medvedev həmən gün
Yerevanda çıxış etmişdi.
Bir sıra
təhlilçilər, hər iki ölkədə prezident seçkilərinin keçirilməsindən sonra,
Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin artacağını ehtimal
edirdilər. Lakin hətta Azərbaycanda seçkinin keçirildiyi günlərdə də Türkiyənin
münaqişənin həlli istiqamətindəki səyləri diqqətdən yayınmır. İndi isə bu
aktivliyi Rusiya ələ almağa çalışır.
Vaşinqtonda fəaliyyət göstərən “Ceymstaun” Fondunun prezidenti Qlen
Hovard hesab edir ki, Cənabi Qafqazda siyasi rəqabət son həftələrdə kəskin
şəkildə güclənib.
“Amerikanın səsi”nə müsahibəsində o deyib ki, indi regionda sülh təşəbbüslərinin
koordinasiya edilməsinə böyük ehtiyac var. Əks halda vəziyyət “qaş düzəldən
yerdə gözün çıxarılmasına” dönəcək: “Gürcüstandakı
müharibədən sonra regionda dəyişikliklər baş verib. Türkiyə Ermənistanla
münasibətlərini yaxşılaşdırmağa başlayıb. Azərbaycanda yenidən prezident
seçilmiş Əliyev daha Ermənistana qarşı hərbi bəyanatlarla çıxış etmir.
Türkiyənin də sülh jestləri Yerevanda müəyyən ümidlər yaradıb. Serj Sərkisyanın
Ankaranın “futbol diplimatiyasına” münasibəti daha tənqid olunmur. Beləliklə
regionda vəziyyət olduqca dəyişib. Məncə Amerika Türkiyənin regiondakı sülh
səylərini dəstəkləmək üçün olduqca aktov rol həyata keçirməlidir. İndi Türkiyə
ilə Ermənistan arasında başlanan təmaslara yardım etmək lazımdır”.
Rusiyaya gəldikdə, cənab Hovard deyir ki, Moskva da
regionda sülh səylərini artırmaqla Türkiyənin başladığı prosesə müəyyən töfhə
vermək istəyir. Baxmayaraq ki, ekspertə görə, Rusiyanın Qarabağ nizamlamasında
sülhpərvər təmasları onun Gürcüstandakı fəaliyyəti ilə uyuşmur.
“Məncə, Rusiya çox qorxur ki, Türkiyənin
fəallaşması ilə, Kreml regiona təsir qüvvəsini itirə bilər. Rusiya həmişəkli
kimi, bölğədəki bütün prosesləri nəzarətində saxlamaq istəyir. Moskva göstərmək
istəyir ki Qarabağ danışıqlarında rolu hələ də qalır”.
Cənab Hovard Dağlıq Qarabağ problemini dondurulmuş münaqişə hesab
etmir. Xüsusilə də, onun fikrincə, Rusiyanın Gürcüstanı işğalı
keçmiş Sovet İttifaqında, xüsusilə də Qafqazda sabitlik limitini azaldıb.
"Hərçənd,
- deyir cənab Hovard. – Rusiya Gürcüstanı Qərbə görə cəzalandırıb".
Ekspert diqqəti ona yönəldib ki, indi Moskvanın regionun stabilləşməsində
Qərblə əməkdaşlıq imkanları sual altındadır. Konkret olaraq,
Qarabağ nizamlamasında beynəlxalq tənzimləmə formatı Hovarda görə, pozulub:
“Minsk Qrupu indi heç nə etmir və edə də bilmir. Rusiya Gürcütandakı
hadisələrdən sonar nüfuzunu itidir. O ki qaldı Moskvanın təkbaşına vasitəçilik
səylərinə onun nə dərəcədə effektli ola biləcəytini gələn ay Moskvada keçəcək
görüş göztərəcək”. Amerikalı ekspertin sözlərinə görə, ABŞ üçün də
Azərbaycanın strateji əhəmiyyəti getdikcə güclənir. Belə ki, Azərbaycan tədricə
Vaşinqtonun Qafqaz və Orta Asiyadakı milli təhlükəsizlik strategiyası üçün
önəmli ölkəyə çevirilib.