Accessibility links

Pakistanda yaraqlıların istehkamının nəzarəti ələ keçirilib


Pakistan ordusunun bildirdiyinə görə, Əfqanıstanla sərhəd yaxınlığındakı ərazilərdə yaraqlıların istehkamı olan Loi Sam şəhərinin nəzarəti ələ keçirilib. General-mayor Tariq Xan müxbirlərə deyib ki, bu hərbi nailiyyət yaralıların güclü müqavimətinə baxmayaraq əldə edilib. Pakistanın hərbi qüvvələri Əl-Qaidə və Taliban yaraqlılarına qarşı əməliyyatları avqust ayında başlayıb. İndiyədək 1500 yaraqlı və 73 əsgər həlak olub. BMT-nin bildirdiyinə görə, döyüşlər səbəbi ilə 190 min insan evindən didərgin düşüb. Onların əksəriyyəti qonşu Əfqanıstanda sığınacaq tapıb.

XS
SM
MD
LG