Respublikaçı
prezidentliyə namizəd Con Makkeyn və Demokrat namizəd Barak Obama diqqətlərini
prezident seçkilərində mühüm rol oyanayacaq Qərb ştatlarına yönəldiblər. Son rəy sorğuları göstərir ki, ümummilli
müstəvidə Obama Makkeyndən 8 faizlə irəlidə gedir. Senator Obama Nevada, New Mexico ştatlarına
baş çəkəcək. Son iki prezident
seçkilərində bu iki ştatda Demokrat və Respublikaçılar qızğın rəqabət
aparıblar. Senator Makkeyn də New Mexicoda
kampaniya aparacaq. Sonra o, böyük
faizlə Obamanı üstələdiyi göstərilən Texasa yola düşəcək.