Accessibility links

Belarus lideri Rusiyalı həmkarı ilə görüşüb


Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyalı həmkarı Dmitri Medvedevlə qlobal maliyyə böhranını müzakirə edib. Rusiya dövlət mediasının məlumatına görə cənab Medvedev bu gün Moskvadakı görüşdə 2 ölkənin böhranla bağlı ümumi mövqe sərgiləməsinin vacibliyini vurğulayıb. Cənab Lukaşenko qeyd edib ki, Rusiyanın iqtisadi durumu Belarus üçün önəmlidir. Belə ki, rəsmi Minsk xarici pul ehtiyatlarının yarısını rus rublunda saxlayır. Rusiya Belarusa 2 milyard dollar həcmində yardım göstərməyə razılıq verib. Belarus Beynəlxalq Valyuta Fondundan da eyni miqdarda yardım istəyib.
XS
SM
MD
LG