ABŞ
prezidentliyinə namizəd Con Makkeyn onun Barak Obamadan geridə qaldığını
göstərən rəy sorğularını rədd edib. NBC
telekanalaına müsahibəsi zamanı Respublikaçı namizəd bildirib ki, yarış bərabər
gedir. O, inandığını əlavə edib ki,
Noybarın 4-də keçirilən seçkilərdə qalib gələcək. Cənab Makkeyn bu gün başlıca döyüş meydanı
olan Ohayo ştatında kampaniyasını davam etdirəcək. Ohayoya yola düşməzdən əvvəl Con Makkeyn
mərkəzi Ayova ştatında səhər mitinqində iştirak edib. Demokrat namizəd Barak Obama isə Qərb
ştatlarında dəstəyini artırmağa çalışır.
Senator Obama isə bu gün Koloradoda iki nümayişdə çıxış edəcək. Dünən Nevada və New Mexico ştatlarında nitq
söyləyən Obama Con Makkeyni Prezident Buşun iqtisadi siyasəti ilə
əlaqələndirmişdi. Demokrat namizəd
vurğulayıb ki, erkən səsvermədə cənab Buş Con Makkeynə səs verib.