Accessibility links

Birma müxalifətinin liderinə təzyiqlər azalır


Birmanın müxalifət partiyasının üzvü bildirib ki, hakim dairələr ev dustağı olan demokrat lider Aunq San Suu Kyinin Ranqundakı mənzilinin yaxınlığında tikanlı məftilləri yığışdırıblar. Bununla yanaşı şahidlər müxalifət liderinin evi qarşısındakı darvazanın bağlı qaldığını bildiririlər. Şənbə günü Asiya və Avropa liderlərinin Pekin yığıncağında qəbul olunmuş bəyanatda Birma höküməti müxalif partiyalara qarşı təzyiqləri dayandırmağa və siyasi dustağları azad etməyə çagırılıb. Cümə günü San Suu Kyinin ev dustağı edilməsinin 13-cü ildönümü tamam olub.


XS
SM
MD
LG