Accessibility links

İraqda zorakılıqlar davam etməkdədir


Iraq rəsmiləri bildirirlər ki, Bağdadın şərqində yol kənarına yerləşdirilmiş bomba partlayışı mikroavtobusun partlamasına səbəb olub və nəticədə azı 2 nəfər ölüb, 6-sı isə yaralanıb. Daha əvvəl İraqdakı koalisiya qüvvələri üç şübhəlini öldürdüklərini, dıgər 3 nəfəri isə Əl-Qaidə rəhbərlərinin hədəfə alındığı əməliyyatlarda yaxaladıqlarını bildirmişdilər.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin bəyanatında qeyd olunur ki, insidentlər Kərkükün Şimal Qərbində baş verib. Koalisiya qüvvələri orada bomba hücumu həyata keçirməyi planlaşdıran bir şübhəlini axtarırmışlar. Onunla birlikdə digər iki şübhəli də həbs edilib. Bəyanatda vurğulanır ki, koalisiya qüvvələri daha 3 nəfəri özünümüdafiə zamanı atəşə tutublar.

XS
SM
MD
LG