Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Lado Gurgenidzeni vəzifəsindən kənarlaşdıraraq, Tbilisinin Türkiyədəki səfiri Griqol Mqalobişvilini onun yerinə namizəd göstərib. Parlament üzvləri ilə görüşü zamanı Gürcüstan lideri Gurgenidzenin hökumətin iqtisadi böhran komissiyasına rəhbərlik edəcəyini deyib.Prezident Saakaşvili yeni baş nazirin kabinetdə dəyişikliklər edəcəyini bildirib. 37 yaşlı Lado Gurgenidze baş nazir vəzifəsinə keçən il ölkəyə xarici investisiyanın cəlb edilməsi və iqtisadi artım səviyyəsinin yülksəldilməsi məqsədi lə təyin edilmişdi.