Birləşmiş Ştatlarda birjalar Avropa və Asiya bazarlarında qlobal iqtisadi tənəzzüllə bağlı narahatlıqlara görə indekslərin kəskin enməsindən sonra bu gün aşağı göstəricilərlə aşılıb. Əsas indeksləri səhər hərracı zamanı bir faizdən aşağı olub. London, Paris və Frankfurtda isə günorta alqı-satqı zamanı indekslərin bir və üç faiz arasında endiyi müşahidə olunub. Honq Konqun Hanq Senq indeksi hərrac bağlanana yaxın 13%, Tokionun Nikkei indeksi isə son 26 ildə ən aşağı səviyyəyə enərək, 6% olub.
Dünyanın sənayesi inkişaf etmiş yeddi ölkəsinin Yeddilər Qrupu maliyyə bazarlarını sabitləşdirmək üçün müvafiq addımlar atmağa söz verib. Bu arada, Nyu York hərracında xam neftin qiyməti yenidən aşağı düşüb. Bu, investorların qlobal tənəzzülün tələbatın azalmasına gətirib çıxaracağını təxmin etdiyi fonda baş verir. Xam neftin qiyməti son 17 ayda ən aşağı səviyyəyə enərək, bir barrel üçün 61 dollar 30 sent təşkil edib.