Accessibility links

Şimali Koreya Cənubi Koreyanı dağıdıcı zərbə ilə hədələyir


Şimali Koreya Seulu Pxenyana qarşı konfrantasiya siyasətini dayandırmadığı təqdirdə Cənubi Koreyaya dağıdıcı zərbə endirəcəyi ilə hədələyir. Cənubi Koreya mülki qrupların hava balonlarından istifadə edərək, Şimali Koreyaya minlərlə vərəqə yaymasından bir gün sonra Şimal Cənubu hərbi müdaxilə ilə hədələyib. Şimali Koreya rəsmi xəbərlər agentliyi xəbərdarlıq edib ki, Şimali Koreya Seulu alov dənizində qərq edəcək.

Pxenyan tez-tez Cənibi Koreya mühafizəkar prezidenti Li Myunq-Bakı tənqid edərək və onu "satqınların başçısı" adlandırıb. Lakin Şimali Koreyanın bu gün açıqladığı bəyanatındakı hədəsi yanvar ayında prezident seçilmiş cənab Liyə hərbi müdaxilə ilə bağlı ilk xəbərdarlıqdır.

Bundan əvvəl də Şimalı Koreya Seulun onun ərazilərinə vərəqələr yaydığı təqdirdə Şimal-Cənub layihəsini ləğv edəcəyi ilə hədələmişdi. Buna baxmayaraq, insan hüquqları qruplarının fəalları balonlar vasitəsi ilə Koreya şərq yarımadasına 40 minə yaxın vərəqə səpələyib. Vərəqələrdə Şimali Koreya lideri Kim Jonq İlin bu yaxınlarda ürək tutması barədə məlumat da daxil edilməklə, kommunist dövləti açıq şəkildə tənqid edilir.

XS
SM
MD
LG