Birləşmiş Ştatlar Rusiyanın
Dağlıq Qarabağ münaqişəsinin həllinin fəallaşdırılması üzrə təşəbbüsünü
alqışlayır. Bu barədə ABŞ Dövlət
Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bəyan edib. “Biz bu prosesi
yaxından izləyirik” – deyə Dövlət Departamentinin sözçüsü Vaşınqtonda keçirilən
ənənəvi mətbuat konfransında Rusiya,
Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada keçiriləcək görüşünü şərh
edərkən vurğulayıb. Dövlət Departamentinin rəsmisi xatırladıb ki, Vaşinqton uzun
müddətdir ki, problemin həlli ilə yaxından məşğul olur: «Biz bu problem üzərində
kifayət qədər uzun müddət işləmişik və o cümlədən, məsələnin həlli üçün ATƏT-in
Minsk qrupu çərçivəsində çox səy göstərmişik. Moskvanın təşəbbüsünü
alqışlayırıq və ümid edirik ki, bu təşəbbüs uğurlu olacaq». Kremlin məlumatına görə, Azərbaycan,
Ermənistan və Rusiya prezidentlərinın birgə görüşü noyabrın 2-də Moskvada keçiriləcək.
Ötən həftə prezident Medvedev Ermənistana səfər etmişdi. Moskva 20 ildən
artıqdır ki, davam edən münaqişənin həllinə nəhayət ki, nail olmaq üçün çalışdığını
bildirib.