Accessibility links

Pakistanda zəlzələdən zərər çəkənlərə yardım göstərilir


Beynəlxalq yardım işçiləri dünən Pakistanın cənub-qərbində baş verən zəlzələdən sonra evsiz qalan minlərlə insana yardım göstərir. Son məlumatlara görə 6.4 bal gücündəki zəlzələ səbəbindən Bəlucistan vilayətində 15000 insan evsiz-eşiksiz qalıb. Rəsmilər həmin ərazilərdə ölənlərin sayının 215 nəfərə çatdığını deyirlər. Zəlzələdən sonra baş verən torpaq sürüşmələri yolların bağlanmasına səbəb olub. Pakistan hərbi qüvvələri və yardım işçilərinin bu gün sağ qalanları axtardıqları deyilir. Ümumdünya Səhiyyə Təşkilatı zəlzələdən zərər çəkən insanlara üç ay müddətində istifadə üçün ləvazimat və dərman göndərib. Birləşmiş Ştatlar və Almaniya da daxil edilməklə, dünyanın bir neçə ölkəsi Pakistana yardım təklif edib.

XS
SM
MD
LG