Accessibility links

Suriyalılar ABŞ-a qarşı etiraz yürüşləri keçirib


Bu gün Suriyanın paytaxtı Dəməşqdə minlərlə insan Bilrəşmiş Ştatların ölümlə nəticələnən hücumuna qarşı etiraz yürüşləri keçirirb. Bir neçə saat sürən yürüşlərdə nümayişçilər Birləşmiş Ştatlara qarşı şüarlar səsləndirmiş və heç bir incident baş vermədən dağılmışlar. Birləşmiş Ştatların Dəməşqdəki səfirliyi təhlükəsizlik səbəbindən bağlanmışdı. Suriya bazar günü Suriya-İraq sərhəddi yaxınlığında 8 nəfərin ölümü ilə nəticələnən hücuma görə Birləşmiş Ştatlar və İraqdan üzr istəmələrini və hadisənin təhqiqini tələb edir. Dəməşq eləcə də, hadisə ilə bağlı BMT-yə də etiraz notası göndərib. Buş administrasiyası isə hadisəni nə təsdiq etmiş, nə də inkar etmişdir. Birləşmiş Ştatların adı açıqlanmayan bir rəsmisi isə əməliyyat zamanı Əl-Qaidə liderlərindən biri Əbu Gadiyahının öldürüldüyünü deyib.

XS
SM
MD
LG