Accessibility links

Barak Obama kampaniyasını sabiq prezident Bill Klintonla davam etdirib


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Şimali Karolina ştatı və Florida ştatıda sabiq president Bill Klintonun da iştirakı ilə kampaniyasını davam etdirib. İlk birgə kampaniya tədbirində sabiq president Obamanın siyasəti, fəlsəfəsi və dəyişiklik etmək qabiliyyətinə görə seçilməli olduğunu deyib.

Obama Bill Klintonu prezident və dövlət adamı kimi yüksək qiymətləndirib. Bundan əvvəl isə bir neçə tele-şəbəkə Obama kampaniyasının 30 dəqiqiəlik reklamını nümayiş etdirib. Yayımı bir neçə milyon dollara başa gələn reklam Con Makkeyn tərəfindən kəskin tənqid edilib.

Respubliakçı namizəd deyib ki, Obama bu reklamın yayımını özəl fondlardan limitsiz yardım almaq məqsədi ilə ictimai maliyyələşdirmə öhdəliyinə əməl etmədiyinə görə mümkün edə bilib.

Senator Makkeyn Obamanın iqtisadi planının vergilərin artması və iqtisadiyyata ziyan vurması ilə nəticələnəcəyini deyib.

XS
SM
MD
LG