Qeyri-rəsmi
mənbələrin yaydığı məlumata görə, Sentiyabrın 10-da Tehranda iftar məclisində
həbs olunaraq, indiyədək Tehranın “Evin” həbsxanasının 209 saylı qapalı təcridxanasında
saxlanılan yazıçı fəal Əlirza Sərrafi keçən həftədən etibarən aclıq aksiyasına
başlayıb. Bu barədə müstəqil mənbələr həbsdən yenicə azad olunan və adının
çəkilməsini istəməyən bir məhbusa istinadən məlumat yayıb. Tehran hökuməti
tərəfindən keçən il qapadılan “Dilmac”
Jurnalının keçmiş baş yazarı olmuş cənab Sərrafi, İslam İnqilabından sonra ilk
dəfə olaraq Təbrizdə keçirilən “Ana Dili” konfransının əsas təşkilatçısı olub. Həbsinə
qarşı etiraz əlaməti olaraq aclıq edən cənab Sərrafinin sağlamlıq durumu və
saxlanma şəraiti haqda heç bir məlumat verilmir. Ötən həftə Beynəlxalq Amnistiya
Təşkilatı “Evin” Həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılan Əlirza
Sərrafi, Səid Muğanlı, Abbas Nəimi və Həsən
Rəşidiyə işgəncə verilməsi ilə bağlı narahatlığını bildirərək təcili tədbir kampaniyasına
başlamışdı.