Accessibility links

Bağdadda yüz minlərlə insan susuz qalıb


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, əsas içməli su kəməri partladıldığına görə yüz minlərlə Bağdad sakini susuz qalıb. Hərbçilər Əzamiyyə, Rusafa və Karradadan keçən içməli su kəmərinin dünən gecə partladıldığını deyirlər. Qeyd edək ki, bundan əvvəl də su kəmərləri və elektrik xətləri kimi mühüm infrastukturlar yaraqlılar tərəfində tez-tez hücuma məruz qalırdı.

Bu arada xəbər verilir ki, İran tətəfindən maliyyələşdirlilən Əsa-İbn Əhl Əl-Haq şəbəkəsinin nümayəndələrindən biri ABŞ qüvvələri tərəfindən yaxalanıb.

XS
SM
MD
LG