Accessibility links

Rusiya prezidenti dünya maliyyə sistemində islahatlara ehtiyac olduğunu deyir


Rusiya prezidenti Dmitri Medvedev deyir ki, dünya maliyyə sistemində islahatlara ehtiyac var. Prezident Medvedev noyabrın ortalarında 20-lik liderlərinin Vaşinqtonda keçiriləcək görüşündə yeni sistemin risk menecmentini təkmilləşdirməyin və ABŞ dollarından asılılığın azaldılmasınn vacibliyini vurğulayacaq.

Bu arada iqtisadiyyatın dayağı hesab edilən ABŞ istehlakçı xərcləri sentyabrda azalıb. Kommersiya Departamenti bunun son 4 ildə ən kəskin eniş olduğunu bildirir. Qlobal maliyyə böhranı Almaniyada da alıcıların xərcləri azaltmasına gətirib çıxarıb. Qeyd edək ki, dünən ABŞ iqtisadiyyatının geriləməsinə dair hesabat açıqlanıb.

XS
SM
MD
LG