Accessibility links

Namizədlər qızğın kampaniya aparırlar


Prezident seçkilərinə 3 gün qalmış Demokrat namizəd Barak Obama rəy sorğularında Respublikaçı Con Makkeyndən irəlidə gedir. Senator Obama bu gün Nevada, Kolorado və Mizuri ştatlarında kampaniya aparır. Hər 3 ştat ötən seçkilərdə respublikaçılara səs verib, lakin Demokrtlar bu şttlarda ciddi dəstək qazanıblar. Rəy sorğuları göstərir ki, İlinoy senatoru Nevada və Koloradoda böyük səslə irəlidədir. Senator Makkeyn kampaniyasını bu gün Virciniya və Pennsilvaniyada davam etdirəcək. Rəy sorğuları hər iki ştatda Arizona senatorunun geridə qaldığını göstərir. Virciniya tarixən Respublikaçılara səs verdiyi halda, 21 elektoral səsə malik olan Pennsilvaniya adətən Demokratlara səs verib. Prezident seçkilərinin nəticələri ştatların elektorla səsləri əsasında müəyyən edilir. Səsvermədə qalib gəlmək üçün namizəd 538 mümkün elektoral səsdən 270-ni qazanmalıdır.

XS
SM
MD
LG