Devrilmiş
Tailand baş naziri Taksin Şinavatra bu gün Banqkok stadionunda telefonla
minlərlə tərəfdarı qarşısında çıxış edib.
O, hökumətpərəst qırmızı köynək geymiş tərəfdarlarına bildirib ki, həbsə
məhkum olunduğuna görə Tailanda qayıda bilmir.
Amma o, əlavə edib ki, kralın əvf fərmanı onun vətənə qayıtmasına şərait
yarada bilər. Aqust ayında ölkəni tərk
edəndən bəri bu ilk dəfə idi ki, Taksin tərəfdarları qarşısında çıxış edirdi.
Tailand məhkəməsi onu iki il azadlıqdan məhrum edib. Paytaxtda cərəyan edən qeyri-sabitlik fonunda
mümkün zorakılıqların qarşısını almaq üçün stadionda 2 min polis yerləşdirilib.