Accessibility links

Dağlıq Qarabağ  münaqişənin  nizamlanmasına dair bəyannamə imzalanıb


Bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüş keçirilib. Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşdən sonra Rusiya prezidenti Dmitri Medvedevlə birgə müzakirələr keçirilib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair bəyannamə imzalayıblar. Sülh danışıqları təklifi keçən ay Ermənistana səfər edən Rusiya prezidenti Medvedev tərəfindən irəli sürülmüşdü. Neftlə zəngin Azərbaycana təsirlə bağlı Vaşinqtonla Moskva arasında rəqabət hökm sürür.


XS
SM
MD
LG