Accessibility links

Vyetnamda sellər səbəbindən ölənlərin sayı artmaqdadır


Vyetnam rəsmiləri cümə günündən bəri ölkənin şimal və mərkəzində yağan güclü yağışların sellərə yol açması səbəbindən ölənlərin sayının artdığını bildirirlər. Ölənlərin sayının paytaxt Hanoyda 18 nəfər olmaqla, azı 54 nəfərə çatdığı xəbər verilir. Hanoyun mərkəz küçələrinin çoxunun su altında qaldığı, ərzaq qiymətlərinin artdığı və nəqliyyat sisteminin tamamilə dayandığı bildirilir. Rəsmilər yağışların çərşənbə axşamına qədər davam edəcəyini güman edirlər və bu yağışların son 20 ildə Vyetnamda ilk güclü yağışlar olduğunu deyirlər. Ölkənin mərkəzindəki Nge An vilayətində də sellər səbəbi ilə 11 nəfərin öldüyü xəbər verilir.

XS
SM
MD
LG