Accessibility links

Erkən səsvermədə rekord sayda seçici iştirak edib


Bu gün prezident seçkilərindən erkən səsvermədə rekord sayda seçicinin səs verdiyi deyilir. Dünən verilmiş seçki statistikasına görə, ABŞ-ın 50 ştatından 34-də artıq 28 milyon seçici erkən səsvermədə öz səsini verib. Rəsmilərin bildirdiyinə görə, səslərini verən seçicilərin çoxu qeydiyyatdan keçmiş demokratlardır. Virciniyadakı Corc Meyson universitetindən ekspert Maykl Makdonald deyir ki, mütəxəssislər bütün statistik məlumatlar əldə edildikdən sonra erkən səsvermədə 40 milyona yaxın seçicinin səs verdiyinin aydın olacağını ehtimal edirlər.

Seçki rəsmiləri mühüm ştatlar olan Florida, Corciya və Şimali Karolina da daxil olmaqla, yüksək seçici fəallığının olduğunu qeyd edirlər. Bəzi ştatlarda seçicilər altı saata qədər növbədə gözləməli olublar. Demokrat namizəd Barak Obama tərəfdarları öz səslərini erkən verib, seçki günü başqalarını seçkiyə qatılmağa təşviq etməyə çağırıb.

XS
SM
MD
LG