Accessibility links

Bəzi seçki məntəqələrində problemlər yaranıb


Prezident seçkilərində rekord sayda seçicilərin iştirakı bzi dairələrdə problemlərlə müşayiət olunur. Demokrat Barak Obamanın Respublikaçı Senator Con Makkeynlə bərabər rəqabət apardığı Virciniya ştatında seçki məntəqələrində uzun növbələr yaranıb. Bir məntəqədə seçicilər səs vermək üçün 2 saat gözləməli olublar. Nyu Cersidə elektron səsvermə maşınlarında yaranan problem rəsmiləri kağız bülletenlərdən istifadəyə vadar edib. Seçkilərin qızğın keçdiyi Florida ştatında da səsvermə maşınları ilə bağlı problemlər meydana çıxıb.
XS
SM
MD
LG