Accessibility links

Azərbaycanlı məhbusların aclıq aksiyası davam edir


Tehranın “Evin” həbsxanasında saxlanılan azərbaycanlı ziyalı, jurnalist Əlirza Sərrafinin ötən həftədən etibarən aclıq aksiyası davam edir. Müstəqil mənbələr Sərrafi ilə birlikdə həbs edilən başqa fəallar, şair Səid Muğanlı, yazıçı Həsən Raşidi və Azərbaycan Dili və Ədəbiyyatı müəllimi Mehdi Nəiminin də qanunsuz saxlanmalarına etiraz olaraq aclıq aksiyasına qoşulduqlarını bildirirlər. Etiraz aksiyasının “Aban” ayının 4-ü, oktyabrın 26-dan başlandığı bildirilir.

Sentyabrın 10-da Tehranda iftar qonaqlığında həbs olunan azərbaycanlı fəallın qanunsuz dindirmə üsulların, o cümlədən psixoloji və fiziki işgəncələrdən istifadə edilməsindən ehtiyat edilir.

Məhbuslardan ikisi-Həsən Raşidinin mədə yarası və Səid Muğanlının astmadan əziyyət çəkdiyi deyilir. Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, aclıq aksiyası cənab Raşidi və cənab Muğanlının səhhətini ağırlaşdıra bilər.

Sentyabrın 10-da Tehranda 20-yə yaxın azərbaycanlı həbs olunmuşdu. Onlar arasında tanınmış hərəkat fəalı Abbas lisaninin həyat yoldaşı və azyaşlı övladları da var idi. Tutulanların böyük əksəriyyəti azadlığa buraxılsalar da, 4 fəalın həbsi davam edir. Fəallar Tehranın “Evin” həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Qapalı rejimli bu təcridxanaya Ettelaat nəzarət edir.

XS
SM
MD
LG