Accessibility links

Dünyanın səhm birjalarında artım nəzərə çarpır


Amerikalılar seçki məntəqələrinə üz tutduqca, bütün dünya boyu səhm birjalarında artım nəzərə çarpmaqdadır. Avropa indeksləri günün ortasında qalxmış, eyni nəticələr Asiya bazarlarında da qeydə alınmışdır. Bankların bir-birinə borc verə bilməsi nikbinliyə əsas yaradıb. İndiyədək iqtisadi böhranın başlıca səbəbi kimi kredit bazarlarında baş verən tıxac göstərilirdi. Həmçinin bu gün Britaniyanın baş naziri Qordon Braun Fars Körfəzi ölkələrinin Beynəlxalq Valyuta Fonduna əlavə pul verəcəyini gözlədiyini bildirib.

XS
SM
MD
LG