Accessibility links

Qəndəhar vilayətinin yüksək vəzifəli kəşfiyyat rəsmisi qətlə yetirilib


Əfqanıstan rəsmiləri keçən gecə ölkənin cənubunda motosikletdəki iki nəfərin odlu silahla Qəndəhar kəşfiyyat orqanının sədr müvini Əzizullah Nurini qətlə yetirdiklərini bildirirlər. Hucumu həyata keçirənlərin hələ ələ keçirilmədiyi bildirilir. Əfqanıstan mətbuatının məlumatında deyilir ki, Taliban sözçüsü Qari Yusuf Əhməd hucumun məsuliyyətini Talibanın öz üzərinə götürdüyünü deyib. Qeyd edək ki, Taliban yaraqlılarının fəal olduğu Qəndəhar ərazilərində hökumət tərəfdarları tez-tez qətlə yetirilir.

XS
SM
MD
LG