Accessibility links

Rusiya prezidenti ABŞ-ın yeni administrasiyasının Moskva ilə əlaqələri yaxşılaşdıracağına ümid edir


Rusiya prezidenti Dmitri Medvedev Birləşmiş Ştatları qlobal maliyyə böhranı və bu yaxınlarda Qafqazdakı münaqişəyə görə günahlandırsa da, ABŞ-ın yeni administrasiyasının Moskva ilə əlaqələri yaxşılaşdıracağına ümid etdiyini deyib. Amerikanın Səsinin müxbiri Piter Fedinskinin məlumatını Nərminə Cəlalqızı təqdim edir. NB

May ayında Rusiyaya prezident seçilmiş Dmitri Medvedev ilk dəfə olaraq 90 dəqiqəlik xalqa müraciətini avqust ayında Gürcüstanda baş verənlərə görə Buş administrasiyasını günahlandırmağa həsr etdi. Cənab Medvedev Birləşmiş Ştatların bu yaxınlarda Qafqaz bölgəsində baş verən konfliktdən istifadə edərək, NATO-nun Qara dəniz vasitəsi ilə silah daşıdığını və Avropada raketlərdən müdafiə sistemi yerlşdirdiyini söylədi. Kreml lideri əgər lazım gələrsə, Rusiya Polşa və Litva ilə sərdəddəki Kalininqrad ərazilərindən Birləşmiş Ştatların onun sərhədləri yaxınlığında yerləşdirdiyi silahları İskəndər tipli - raketdən istifadə edərək məhv edə biləcəyini deyib.

Qeyd edək ki, Rusiya prezidentinin adını çəkdiyi İskəndər sistemi Qərbdə SS-26 tipli yaxın mənzilli raket kimi tanınır.

ABŞ qanundan kənar dövlətlərdən qaynaqlanan təhlükəni əsas gətirərək mərkəzi Avropada raketdən müdafiə sistemi yerləşdirib. Rusiya ABŞ-ın planının qəti əleyhinə çıxaraq, bunun Avropada qeyri-sabitlik yaradacağını və yeni silah yarışına gətirib çıxaracağını bildirir.


XS
SM
MD
LG