Accessibility links

ABŞ Azərbaycanda beynəlxalq radiostansiyaların yayımının dayandırıla biləcəyindən narahatdır


Birləşmiş Ştatlar Dövlət Departamenti Amerikanın səsi, Azadlıq radiosu və BBC kimi beynəlxalq radioların yerli yayımının dayandırılacağı barədə xəbərlərin dərin narahatlıq hissi lə qarşılandığını bildirib.

Dövlət Departamentinin sözçüsünün müavini Robert Vud qeyd edib ki, hökumətin nəzarətindəki tezliklərdən beynəlxalq radioların istifadəsinə son qoyula biləcəyi barədə belə bir qərardan təsir görəcək radiostansiyalara əvvəlcədən heç bir məlumat verilməyib.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Amerikanın səsi, Azadlıq radiosu və BBC kimi beynəlxalq radiostansiyaların Azərbaycanda ictimai debata tövhələr verdiyinə və ölkənin demokratik inkişafına kömək etdiyinə inanır. Cənab Vud deyib ki, belə radioların yayımının dayandırılması narahatedici mesaj olardı. "Biz Azərbaycan hökumətindən məsələyə aydınlıq gətirilməsini istəyirik".-deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG