Yenicə
prezident seçilən Barak Obamanın ilk işi prezidentin ən yaxın yardımçısı, icra
aparatının rəhbərinin təyinatı idi ki, bu vəzifəyə o, demokratların təklif etdiyi İllinois ştatından konqresmen Rahm
Emanueli təyin etdi. Emanuel sabiq prezident
Bill Klinton administarsiyasında xidmət göstərib.
Barak Obama Ağ Evdə
keçid prosesinə hazırlıqlara başlandığını bildirib. ABŞ-ın ilk qaradərili prezidentini iki
müharibə, ağır iqtisadi böhran kimi problemlərin həlli gözləyir. Keçid
komandası Brak Obamya yeni kabinetin
təşkilinə yardım edəcək. Keçid
komandasının həmsədrləri Bill Klintonun icra aparatının başçısı Con Podesta, Senatda Obamanın müdiri Pit Rouse və müşavir Valeri Carret olamalıdır.
232 illik tarixə malik olan Amerika Birləşmiş Ştatlarının 44-cü və ilk afro-amerikalı prezidenti kimi Barak Obamanın inaqurasıya mərasimi 2009-cu ilin yanvar ayının 20-də təşkil ediləcək.