Accessibility links

ABŞ-ın bəzi ştatlarında Senat uğrunda yarışların qalibləri müəyyən edilməyib


ABŞ-ın 4 ştatında Senat uğrunda yarışların qalibləri müəyyən edilməyib. Demoakratların Senatda 5 yer əldə etməsi ilə Konqresin 100 yerli Yuxarı Palatasında onların sayı 56 olub. Alyaska, Gorcia, Minnesota və Oreqon ştatlarında yarışlar olduqca yaxındır. Minnesotada respubliakçı Norm Kolmen və demokrat, keçmiş komediya ustası Əl Frankenə verilən səsələr yenidən sayılır. Kolman 2.9 milyon seçicinin 475 səs üstünlüyü ilə öndə gedir. Gorcia ştatında təkrar səsvermə dekabr ayının əvvəvllərində keçiriləcək. Bu ştatda mübarizə respublikaçı Saxbi Çambliss və demokrat Cim Martin arasında gedir. Bu namziədlərin heç biri lazımı 50% səsi əldə edə bilməyib.

1990-cı ildən ilk dəfə olaraq Nümayəndələr Palatası və Konqres demokratların nəzarətinə keçir. Ağ Ev və Konqresin nəzarəti son dəfə demokratların əlində sabiq prezident Bill Klintonun prezidentliyi dövründə olub.

XS
SM
MD
LG