Accessibility links

Gürcüstandan Cənubi Osetiya ərazisinə raket hücumu həyata keçirilib


Rəsmilərin bildirdiyinə görə, Gürcüstanın nəzarətində olan ərazidən separatçı Cənubi Osetiya ərazisinə snayperdən atılan atəş bir neçə kəndlinin ölümünə səbəb olub. Hücumun bu gün Gürcüstanla Cənubi Osetiya sərhəddindəki Korkula kəndinə edildiyi bildirilir. Cənubi Osetiya ərazisinə edilən hücum paytaxt Tbilisidə müxalifətin prezident Mixail Saakaşvilinin Cənubi Osetiya ilə bağlı beş gün çəkən konflikt zamanı vəziyyəti idarə edə bilmədiyini deyərək, etiraz aksiyalarının keçirildiyi gecəyə təsadüf edir. Rusiya avqust ayında Gürcüstan hərbi qüvvələrini darmadağın edərək, minlərlə əsgərini Cənubi Osetiyaya və Gürcüstanın digər ərazilərinə yerləşdirib.

XS
SM
MD
LG