Accessibility links

Pakistanda qəbilə liderlərinə qarşı hücum həyata keçirilib


Pakistan rəsmiləri bu gün Əl-Qaidə və Taliban ekstremistlərinə qarşı olan qəbilə liderlərinin yığıncağı zamanı bomba hücumunun həyata keçirildiyini və nəticəsdə azı 10 nəfərin öldürüldüyünü, 45 nəfərin isə yaralandığını bildirirlər. Əfqanıstanla sərhəddəki yarımuxtar Bajaur regionunun Xan yaşayış məntəqəsi yaxınlığındakı hücumun bu gün intiharçı tərəfindən həyata keçirildiyi deyilir.

Bu gün səhər eləcə də həmin regionda yaraqlı olmaqda şübhəli bilinən 17 nəfərin hava hücumları zamanı öldürüldüyü xəbər verilir.

XS
SM
MD
LG