Accessibility links

Barak Obama prezident seçildikdən sonra ilk mətbuat konfransını keçirdi


Prezident seçilmiş Barak Obama bildirib ki, o, vəzifəsinin icrasına başlayan kimi ölkənin qarşılaşdığı maliyyə böhranının aradan qaldırılması ilə məşğul olacaq. Özünün ilk mətbuat konfrasında danışan cənab Obama deyib ki, o, kredit böhranını yüngülləşdirməyə, işləyən amerikalı ailələrə kömək etməyə və iqtisadi inkişafı yüksəltməyə çalışacaq.

Barak Obamanın mətbuat konfransında iqtisadi məsələlər üzrə müşavirləri və kadrlar şöbəsinin başçısı vəzifəsinə təyin edilmiş İllinoys konqresmeni Emanuel Rahm da iştirak ediblər.

Xarici siyasət sahəsində sualı cavablandıran Barak Obama deyib ki, o, İran prezidenti Mahmud Əhmədinejadın məktubunu nəzərdən keçirəcək və ona müvafiq şəkildə cavab verəcək.

Barak Obama bazar ertəsi günü prezident Buşla Ağ Evdə görüşəcəyini bildirib.

XS
SM
MD
LG