Accessibility links

Dövlət katibi Rays Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşüb


ABŞ Dövlət katibi Kondoliza Rays Fələstin dövlətinin yaradılmasının yaxın olduğunu bidirib, lakin İsrailin İordan çayını Qərb sahilində daha artıq yəhudi yaşayış məntəqəsi salmaq planlarının danışıqlar prosesinə mane olduğunu deyib. Xanım Rays bu açıqlamanı bu gün Yaxın Şərq səfəri çərçivəsində bu gün Fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar apardıqdan sonra verib.

Bundan öncə ABŞ Dövlət katibi İsraildə rəsmilərlə görüşmüşdür.

İsrailin Xarici İşlər naziri Tziöi Livni ilə mətbuat konfransı zamanı Kondoliza Rays ABŞ-ın İsrail-Fələstin sülh prosesini davam etdirəcəyi vədini verib. Lakin o, tərəflər arasında razılığın bu ilin sonuna qədər əldə edilməsinin mümkünlüyünü şübhə altına ləb. Kondoliza Rays Yaxın Şərq səfəri çərçivəsində sülh prosesinə ərəb ölkələrində dəstək qazanmaq məqsədilə İordaniya və Misirdə də olacaq.

XS
SM
MD
LG