Accessibility links

Barak Obama iqtisadi problemlərlə məşğul olacaq


ABŞ-ın növbəti prezidenti Barak Obama deyir ki, Yanvarın 20-də hakimiyyətə gələn kimi o, iqtisadiyyatı bərpa etmək yönümündə səylərə başlayacaq. Demokratların həftəlik radio müraciətində cənab Obama bildirib ki, ölkənin itirməyə vaxtı yoxdur və tez bir zamanda iqtisadi stimul paketi qəbul edilməlidir. O, orta sinif ailələrə yardım və iqtisadi firavanlığı təmin etməyi vəd edib. Cənab Obama həmçinin bildirib ki, onun administrasiyası maliyyə sənayesinə yardım planını nəzərədn keçirəcək. Belə ki, Demokrat administrasiya hökumətdən kömək alan şirkətlərin menecerlərinin qeyri-proporsional şəkildə mükafatlandırılmasını istəmir.
XS
SM
MD
LG